Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI
Əmək məzuniyyətinin müddəti 46 gündən az olmayan işçilərin siyahısı genişləndirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən aşağıdakı kateqoriyalara daxil olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə,
...