İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”
"Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayonunun Xanoba kəndində qayıdan sakinlərlə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərib:
“Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı.
Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngi...