Fevralda hava necə olacaq? - AYLIQ PROQNOZ
Fevral ayına olan hava proqnozu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevral ayı əsl qış ayıdır və hava şəraiti yanvar ayından az fərqlənir.
Ay ərzində arktik soyuq hava kütlələrinin ölkə ərazisinə tez-tez müdaxiləsi zamanı hava şəraiti daha soyuq, atmosfer proseslərin inkişafında isti hava kütlələri üstünlük təşkil etdikdə isə mülayim keçir.
Bu ilin fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Fevralın 1-2-də ölkə ərazis...