Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?
Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Ad insanın kimliyidir. Lakin 2025-ci ildə iki mindən çox Azərbaycan vətəndaşı bu kimliyə yenidən baxmaq qərarı verib.
Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, ötən il ölkə üzrə qeydiyyat orqanları tərəfindən ümumilikdə 2723 şəxs barəsində adın, soyadın və ya ata adının dəyişdirilməsi ilə bağlı akt qeydi tərtib olunub. Bu göstərici əvvəlki illə müqayisədə artım deməkdir və cəmiyyətdə fərdi identiklik...