Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ
Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda ziyarətçilər üçün xüsusi bayram guşəsi hazırlanıb.
Bulvar İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib.
Həmçinin, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub. Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və yenilənməni simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib.
Məkanın tərtibatında əsas məqsədlərdən biri ziyarətçilərin buraya daxil olan kimi baharın təravətini hiss etmələrinə şərait yaratmaq...