Azərbaycanın neft ixrac etdiyi ölkələr – SİYAHI
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 22 ölkəyə 22 milyon 132 min 445,56 ton həcmində neft ixrac olunub.
Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxil olub.
Ötən 11 ayda Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton, Çexiyaya 742 milyon 159,08 min ABŞ dolları dəyərində 1 milyon 59,25 ton, Xorvatiyaya 666 milyon 587,01 min ABŞ dolları dəyərində 1 milyon 255,21 min ton xam neft ixrac edib. Rumıniyaya 559 milyon 691,19 min ABŞ dolları dəyərində 1 milyon 43,1...