Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək
Rəy verilmədən emal edilməmiş almazı idxal və ixrac edənlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyi əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 5 (qurumun) rəyi olmadan idxalı və ixracına görə - fiziki şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
...