Azərbaycan Prezidentinin köməkçisi: “Bayden dövründə anlaşılmazlıqlar əlaqələrə zərər vurub”
“Tramp administrasiyası Azərbaycan və Ermənistanın sülh gündəliyinə güclü sadiqlik nümayiş etdirib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post“ qəzetinə danışıb.
O bildirib ki, ABŞ liderinin məsələ ilə ətraflı şəkildə məşğul olması təqdirəlayiq əməldir.
Hikmət Hacıyev ABŞ tərəfindən Azərbaycana qarşı davam edən məhdudiyyətlərin sülhün əleyhinə işlədiyinə diqqət çəkib.
Prezidentin köməkçisi Azərbaycan və Ermənistanın sülhün möhkəmləndirilməsi üçün çalışdığını, lakin ABŞ Konqresində Azərbaycana qarşı ta...