İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO
İranda davam edən etirazlar zamanı ölənlərin sayı 500 nəfəri ötüb.
Bizim.Media xəbər verir ki, “Reuters” agentliyinin insan haqları təşkilatlarına istinadən yaydığı məlumata görə, etiraz aksiyaları nəticəsində indiyədək 490 etirazçı və 48 təhlükəsizlik qüvvəsi əməkdaşının həlak olduğu təsdiqlənib.
Bildirilir ki, son iki həftə ərzində baş verən iğtişaşlar zamanı 10 min 600-dən çox şəxs saxlanılıb. Məlumatlar ölkə daxilində və xaricində fəaliyyət göstərən fəalların topladığı məlumatlara əsaslanır.
Artan gərginlik fonunda İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya müraciəti ilə çıxış edib. Dövlət başçısı vətəndaşları küçələrə çıxmağa çağıraraq, etir...