TRİPP-in icrası ilə bağlı çərçivə sənədinə rəsmi Bakıdan REAKSİYA
Məlum olduğu kimi, 13 yanvar tarixində Ermənistan xarici işlər nazirinin ABŞ-yə səfəri zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi ictimaiyyətə açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzur dəhlizi ilə bağlı imzalanan sənədin TAM MƏTNİ
Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sözügedən sənədlə bağlı yerli mətbuatın sualını cavablandırıb.
“Qeyd edilən sənədin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün müh...