Qaradağlı faciəsindən 34 il ötür
Ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri Qaradağlı faciəsidir.
Bizim.Media xəbər verir ki, 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi əslində bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər.
Yerevanda və ermənilərin Qərbdə olan himayədarları tərəfindən hazırlanmış plana uyğun ol...