Parislə Vaşinqton arasında gərginlik - ABŞ səfiri XİN-ə çağırılacaq
Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Parisdəki səfiri Charles Kushnerni nazirliyə çağırmağa hazırlaşır. Buna səbəb ABŞ səfirliyinin və Ağ Evin sağçı “Nemesis” hərəkatının fəalı Kanten Derankın ölümü ilə bağlı səsləndirdiyi açıqlamalardır.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Jean-Noël Barrot bildirib.
Onun sözlərinə görə, Paris “bu faciənin siyasi məqsədlərlə istifadə olunmasına yönəlmiş istənilən cəhdləri rədd edir”. Nazir əlavə edib ki, Fransa “zorakılıq məsələsində, xüsusilə beynəlxalq reaksiyaçı mühitdən dərs almağa ehtiyac duymur”.
Məlumata görə, Derank ötən həftə Lion şəhərində ehtimal olunan ifrat solçu fəa...