Rusiyanın HİBRİD HÜCUMLARI - Azərbaycanın artan gücü və qarayaxma kampaniyasının ARXA PLANI
Son həftələr Azərbaycana qarşı sosial media və müxtəlif informasiya platformalarında paralel şəkildə başladılan qarayaxma kampaniyası ayrı-ayrı şəxslərin emosional paylaşımı deyil. Hadisələrin xronologiyası, mesajların eyni tezislər üzərində qurulması və informasiya axınının koordinasiyalı şəkildə yayılması göstərir ki, söhbət vahid mərkəzdən idarə olunan planlı prosesdən gedir.
Mövcud faktlar və prosesin geosiyasi konteksti onu göstərir ki, kampaniyanın arxasında xarici xüsusi xidmət orqanları dayanır. Xüsusilə son illərdə, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar və Azərbaycanın müstəqil siyasi xətti bəzi xarici güclər üçün narahatlıq mənbəyinə çevrilib. Əgər əvvəlki mərhəl...