Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib.
Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,75 %-dən 5,5 %-ə, yuxarı həddi isə 7,75 %-dən 7,5 %-ə endirilib.
"Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb&qu...