Özbəkistandan Azərbaycana pul köçürmələri artıb
2025-ci ildə Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,129 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 38,1% çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Özbəkistanın payı 1,3% təşkil edib.
Həmçinin 2025-ci ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,026 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 589 min ABŞ dolları və ya 12,8% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Özbəkis...