Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO
Son günlər şimal bölgəsində hava şəraiti sabit keçir. Əvvəlki günlərlə müqayisədə temperatur təxminən 10-12 dərəcə yüksəlib.
Temperaturun bu cür artması dağlarda qarın əriməsinə səbəb olur. Bu isə öz növbəsində çaylarda sululuğun artması ilə nəticələnir.
Hazırda Qudyalçayın Quba şəhərindən keçən hissəsində saniyədə təxminən 2.5 kubmetr su axını qeydə alınır ki, bu da sel təhlükəsinin yarana biləcəyindən xəbər verir.
Bizim.Media xəbər verir ki, bu barədə AzTV-nin süjetində bəhs edilir.
Təkcə Qudyalçayda deyil, digər dağ çaylarında da əvvəlki günlərlə müqayisədə sululuğun artdığı müşahidə olunur. Suyun bulanıq olması da dağlarda qarın intensiv əriməsinin göstəricisidir.
Bu vəziy...