Portağal tələbatı artır - Niyə idxaldan asılıyıq?
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 12,13 milyon ABŞ dolları dəyərində 14 min 539 ton portağal idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 faiz, kəmiyyət baxımından isə 22 faiz çoxdur. Hesabat dövründə Azərbaycan İrandan 7,56 milyon dolları dəyərində 10 min 80 ton portağal idxal edib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 21 faiz, kəmiyyət baxımından isə 27 faiz azalma deməkdir.
Cənubi Afrika Respublikasından idxal dəyər ifadəsində 68 faiz artaraq 2,1 milyon dollara, kəmiyyət baxımından isə 65 faiz artaraq 1 min 856 tona çatıb.
Misirdən idxalın dəyəri 13 faiz artaraq 1,78 milyon dollar təşkil etsə də, kəmiyyət baxımından 11 faiz aza...