Azərbaycan səması onlara əmanətdir – FOTO
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaradılmasının 107-ci ildönümü qeyd olunur. Ölkənin hava məkanının qorunması, strateji və operativ tapşırıqların icrası məqsədilə formalaşdırılan HHQ Azərbaycan Ordusunun ən mühüm tərkib hissələrindən biridir.
Hərbi Hava Qüvvələri aviasiya bölmələri, hava hücumundan müdafiə vasitələri, radar sistemləri və digər yardımçı strukturları özündə birləşdirir. Maddi-texniki imkanlar baxımından Azərbaycan HHQ-ləri Cənubi Qafqaz regionunda öncül mövqelərdən birini tutur. Azərbaycan pilotları MDB məkanında ən çox uçuş həyata keçirən pilotlar sırasında yer alır.
Son illər ərzində aparılan islahatlar, həmçinin beynəlxalq əməkdaşlıq HHQ-nin döyüş qa...