ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir
ABŞ administrasiyası İranda davam edən müharibəni 9 aprel 2026-cı ilədək yekunlaşdırmağa çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə Ynet portalı israilli mənbəyə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, belə bir tarix seçimi ABŞ prezidenti Donald Trampın daha sonra İsrailə səfər etməsi planı ilə də əlaqələndirilir.
Mənbənin sözlərinə görə, müharibənin 9 aprelədək dayandırılması Trampa İsrailin müstəqillik günü ərəfəsində ölkəyə gəlmək və ona təqdim ediləcəyi bildirilən “İsrail mükafatı”nı almaq imkanı verə bilər.
Ynet qeyd edir ki, Vaşinqton və Tehran arasında bu həftə Pakistan ərazisində təmasların keçirilməsi də gözlənilir.
Qeyd edək ki, İsraili...