Kişilər ilkin hərbi qeydiyyata belə alınacaq - Baş nazir təsdiqlədi
“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası” təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qayda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində cari ildə 15 yaşı tamam olan 18 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının (bundan sonra – çağırışaqədər yaş həddində olan vətəndaşlar) ilkin hərbi qeydiyyata alınması qaydasını müəyyən edir.
Çağırışaqədər yaş həddində olan vətəndaşların Xidmətin strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınması onların müddətli həqiqi hər...