Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI
Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üzrə təhsil qeydiyyatını 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən həyata keçirərkən, paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Məlumata görə, müraciətlərin çoxluğunu nəzərə alaraq, kredit üçün müraciət edən şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən xüsusi yardım masası yaradılıb. Təhsil tələbə krediti üçün müraciət zamanı çətinliklə üz...