Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır
Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Komissiyanın növbəti iclası dekabrın 22-23-də baş tutacaq.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov sədrlik edəcək.
İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Komissiyanın iclası ilə yanaşı, Bakıda II Azərbaycan-...