Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət məhdudlaşdırılır
Bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb yolda aparılacaq təmir işləridir:
“Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.
Bizim.Media...