Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO
Yaxşı xəbər budur ki, artıq 21 saatdır iranlılarla bir sıra əsaslı müzakirələr aparmışıq. Pis xəbər odur ki, razılığa gələ bilməmişik.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens İslamabaddakı danışıqların nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu, Amerika Birləşmiş Ştatlarından daha çox, İran üçün pis xəbərdir.
“Beləliklə, razılığa gəlmədən ABŞ-a qayıdırıq. Qırmızı xətlərimizin nə olduğunu, hansı məsələlərdə onları qəbul etməyə hazır olduğumuzu və hansı məsələlərdə qəbul etməyə hazır olmadığımızı çox aydın şəkildə bildirmişik. Biz bunu mümkün qədər aydın şəkildə bildirdik və onlar şərtlərimizi qəbul etməməyi seç...