Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Əziz qardaşım.
Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk.
İdarəçilik sahəsindəki zəngin bilik və təcrübəniz, uzaqgörən, müdrik və səmərəli siya...