Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı
Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il üçün altı yeni birbaşa marşrutun açıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, aviaşirkət həm yay, həm də qış uçuş cədvəllərinə yeni istiqamətlər əlavə etməklə, sərnişinlərə səyahətlərini daha əvvəlcədən planlaşdırmaq imkanı yaradıb.
Belə ki, mayın 3-dən Belqraddan Bakıya birbaşa uçuşlar başlanacaq.
30 apreldən Santorini, 23 maydan Toronto, 30 sentyabrdan Sevilya, 27 oktyabrdan Terenife, 14 dekabrdan Tromsö istiqamətləri üzrə birbaşa uçuşlara başlanılması nəzərdə tutulub.
Qeyd edilib ki, bütün yeni marşrutlar üzrə biletlər artıq satışa çıxarılıb.
“Air Serbia” bildirib ki, bu genişlənmə də...