Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO
Yaşadığımız əsrin ilk qərinəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilməkdə, möhtəşəm nailiyyətlər salnaməsi kimi zamanın axarında öz yerini almaqdadır.
Bu uğurların baş memarı ulu öndər Heydər Əliyevin siyasi irsinin ən böyük varisi olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz onun liderliyi ilə müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında intibah mərhələsi davam edir, beynəlxalq münasibətlər sistemində ölkəmiz ildən-ilə daha güclü mövqe sahibinə çevrilir.
Bu mənada tamamilə təbiidir ki, İlham Əliyev şəxsiyyəti, onun fəaliyyəti təkcə Azərbaycan daxilində deyil, regional və qlobal miqyasda siyasi, iqtisadi və təhlükəsizlik prosesləri...