Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025-2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə ümumilikdə 277 825 fermerə 810 810 hektar sahə üzrə əkin subsidiyası ödəyib.
Bizim.Media xəbər verir ki, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Subsidiyaların ödənişi davam edəcək.
Qeyd edək ki,sözügedən ödənişlər fermerlərin kart hesablarına ödənilib.
Oxu24.com-un əldə etdiyi məlumata görə,ödənilən məbləğlər müxtəlifdir.Ən çox ödəni...