Sabah 25 dərəcə isti olacaq
Azərbaycanda aprelin 2-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə do...