İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncam ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə imzalanıb.
Sərəncama əsasən, Nazirlər Kabineti "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və...