Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT
İşğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında 2026-cı il 1 aprel tarixində mina hadisəsi baş verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıblar.
Bildirilib ki, Ağdərə rayonunun Hacıqərvənd kənd sakini 1982-ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
“...