Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi – QİYMƏTLƏR
Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilk dəfə Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb.
Bizim.Media xəbər verir ki, bu, Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil...