DYP-dən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT
Yağışlı hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilib.
“Belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir.
Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar...