Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ
Gözlə bağlı bir sıra xəstəliklərin müalicəsi İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir. Ancaq bunlara görmə qabiliyyətinin bərpasıyla əlaqəli əməliyyatlar aid deyil. Halbuki, ölkəmizdə görmə zəifliyindən əziyyət çəkən xeyli xəstə var. Ancaq hər kəs bunu əməliyyatla həll etdirə bilmir.
Bəs gözün görmə qabiliyyətinin bərpasıyla bağlı əməliyyatlar da İTS-ya daxil ediləcək?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əməliyyatların İTS hesabına həyata keçirilməsi nəzərdə tutulub:
“Oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin Xidmətlər Zər...