Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO
Aprelin 10-da Naxçıvan şəhərində İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və həlak olan bir çox mülki şəxsin anım mərasimi keçirilib, ehsan süfrəsi açılıb.
Bizim.Media xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, İranın Naxçıvandakı Baş konsulu Əziz Mənsuri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Baş nazir Cabbar Musayev İranın Ali Liderinin ölümünün 40-cı günü münasibətilə başsağlığı verib.
Mərasimdə Azərbaycan–İran əlaqələrindən bəhs olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə müharibə dövründə İrana humanitar yardımlar göstərilib.
Bu addım iki ölkə arasında dostluq və mehrib...