DYP-dən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır. Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:
“Yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhl...