Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ
2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1 099,1 manat təşkil edib.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bundan əlavə, bu il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olmuş, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 fai...