Prezidentin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olunub. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulanıb.
Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olunu...