Prezidentdən "ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin mükafatlandırılması məqsədilə 26 milyon 600 min manat məbləğində vəsait hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində nəzərdə tutulub.
Agentlik tələb olunan vəsaitin növbəti ilin dövlət büdcəsində nəzərdə tutulması üç...