Yasamalda buzlu yol qəza yaratdı, yol bağlandı - FOTO
Hazırda Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbində nəqliyyatın hərəkətində çətinlik yaranıb. Bu səbəbdən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Bizim.Media...