Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur.
Bizim.Media xəbər verir ki, BDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Qeyd olunub ki, görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır:
“Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, belə hava şəraitində hərəkət zamanı sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar və ötmə kimi riskli manevrlərdən çəkinlər. Xüsusilə işıq cihazlarından düzgün istifadə olunması, yaxın və duman işıqlarının yandırılması vacibdir.
Piyadalara da tövsiyə olunur ki, yolu keçərk...