DİN və FHN-dən ÇAĞIRIŞ: Bu ərazilərdə bayram tonqalı yandırmayın! – VİDEO
Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə Novruz bayramı ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğu da unudulmamalı, xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada biləcəyi vurğulanıb.
"Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ə...