Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi
15 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
Bizim.Media xəbər verir ki, imtahan elektron formada kompüterlər vasitəsilə keçirilib. İlkin məlumatlara əsasən 1 nəfərin üzərində yardımçı vasitələr (konspekt) aşkar olunduğu üçün imtahandan kənarlaşdırılıb.
İmtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 zal admini, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb. Yekun imtahan nəticələri "Danışıq bloku" imtahanı keçiriləndən iki həftə sonra elan ...