Qurban Qurbanovdan pley-off açıqlaması - VİDEO
"Öz futbolçularımızı, futbol camiəmizi, xalqımızı təbrik etmək istəyirəm. Belə böyük turnirdə böyük bir addım atdıq, həqiqətən sevindiricidir".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"la görüşdən (0:6) sonra İctimai TV-yə açıqlamasında deyib.
Ağdam təmsilçisi matçda uduzsa da, turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsqə qazanıb.
Q.Qurbanov komandasının bu uğurunu belə şərh edib:
"Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olmağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha...