Trampdan Venesuelaya müharibə XƏBƏRDARLIĞI – VİDEO
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton Venesuelanın oğurladığı neft hüquqlarını geri qaytarmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, o, bu barədə dekabrın 17-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbət edərkən bildirib.
"Unutmayın, onlar bizim bütün enerji hüquqlarımızı əlimizdən alıblar. Çox keçmədən onlar bizim neft hüquqlarımızı da aldılar və biz onları geri qaytarmaq istəyirik. Onları qanunsuz olaraq əlimizdən aldılar", - ABŞ lideri deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin dörd hərbi təyyarəsi mümkün hərbi münaqişə barədə xəbərlər fonunda Venesuela sahillərinin səmasına qaldırılıb. "Flightradar24" uçuşları ...