Bu şəxslər 7 min manatadək CƏRİMƏLƏNƏCƏK – Prezident TƏSDİQLƏDİ
Prezident İlham Əliyev əkin yerinin yandırılması ilə bağlı cərimələrə dair İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi i təsdiqləyib.
Bizim.Media xəbər verir ki, sənədə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.
Əvvəlki qanuna əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli ş...