Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla birbaşa dialoq aparır və bu çərçivədə Donbasın verilməsi müqabilində guya müharibəni bitirməyə hazır olduğunu bildirir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Putinin mövqeyi olduqca sadə formada ifadə olunur: “Məsələn: mənə bütün Donbası verin – müharibəni bitirim. Qısa desək, məsələ bundan ibarətdir”.
Ukrayna Prezidenti vurğulayıb ki, rəsmi Kiyev Donbas məsələsində mövqeyini bir daha təsdiqləyib.
“Olduğumuz yerdə qalırıq – bu, atəşkəs üçün bu gün mövcud olan ən ədalətli və ən etibarlı modeldir&rd...