Sumqayıt-Laçın reysi fəaliyyətə BAŞLAYIR – Gedişhaqqının QİYMƏTİ
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.
Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.
Bildirilib ki, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib.
Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZ...