Moped sürücülərinə XƏBƏRDARLIQ – Bu halda həbs OLUNACAQLAR
Avtoxuliqanlıq edən moped sürücüləri cərimələnəcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin dekabrın 5-də keçirilən birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, avtoxuliqanlıq, yəni mopedin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə cərimə tətbiq ediləcək:
- aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürə...