Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO
Milli Hidrometeorologiya Xidməti martın 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Bizim.Media-ya xidmətdən məlumat verilib.
Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Şirvan, Lerik, Yardımlı, Yevlax və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Bizim.Media ...